Azyaşlıya qarşı şiddət göstərən tərbiyəçi təhqiqata cəlb edildi – RƏSMİ
“İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu həmin bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır”.
Aztimes.az xəbər verir ki, bunu KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib.
Həmin şəxs ailəlidir, 2 övladı var.
Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcəkdir.