TƏCİLİ! VİP Bəyanat YAYDI

Baxılıb:415
TƏCİLİ! VİP Bəyanat YAYDI

2022-ci il yanvarın 13-də Yasamal Rayon Məhkəməsində 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında hakim Hüseyn Səfərovun sədrliyi ilə məhkəmə iclası keçirilib.Hakim Hüseyn Səfərovun kobud qanun pozuntularına yol verərək apardığı proses Azərbaycanda məhkəmə-hüquq sisteminin nə dərəcədə bərbad olduğunu bir daha nümayiş etdirib. İclasın gedişində aşırı kobudluğa yol verən hakim, Əli Əliyevə və onun vəkilinə müdafiə üçün minimum şərait belə yaratmayıb, iclasın gedişində onun qan təzyiqinin kəskin yüksəlməsinə baxmayaraq(bu barədə Təcili tibbi yardım heyyətinin rəyi mövcuddur), məhkəmə binasını tərk etməsinə, Təcili tibbi yardım xəstəxanasına aparılmasına imkan verməyib. İclasda Əli Əliyevin son söz deməsinin də qarşısı hakim tərəfindən alınıb. Kobud qanun pozuntuları ilə keçirilən iclasın yekununda Əli Əliyevin qeyd olunan ittiham əsasında 5 (beş) ay azadlıqdan məhrum edilməsi haqda qərar qəbul olunub. Vətəndaş və İnkişaf Partiyası (VİP) Əli Əliyevin əsassız ittiham üzrə 5 ay azadlıqdan məhrum edilməsini VİP-Ə, onun sədrinə və ümumilikdə prinsipial müxaliəfətə qarşı genişmiqyaslı təzyiq kampaniyasının davamı kimi qiymətləndirir və bu addımı qətiyyətlə pisləyir. Azərbaycanda siyasi hüquq və azadlıqların qorunmadığını, məhkəmələrin siyasi sifariş əsasında qərar çıxardıqlarını bir daha təsdiqləyən bu addım ölkə hakimiyyətinin cəmiyyətdə dayaqlarını itirdiyini, öz rəqiblərinə qarşı repressiv üsullarla davrandığına dair ictimai rəyi daha da möhkələdir. Eyni zamanda, Əli Əliyevin həbs Azərbaycanın onsuz da korlanmış beynəlxalq imicinə növbəti qara ləkəni vurdu. Vətəndaş və İnkişaf Partiyası (VİP) qeyd olunanlardan çıxış edərək, Əli Əliyev barəsində məhkəmədə qəbul edilmiş həbs qərarının ən qısa müddətdə ləğvini və siyasi müxalifətə qarşı təzyiqləri dayandırmağı tələb edir.

VİP mətbuat xidməti AzTimes.az

     
                                     

      

Abunəlik