İDDİA!Salyan Rayon Mərkəzi Xəstəxanasında körpəyə səhv diaqnoz QOYULDU

Baxılıb:909
İDDİA!Salyan Rayon Mərkəzi Xəstəxanasında  körpəyə səhv diaqnoz QOYULDU

“Azərbaycan respublikasının Prezidenti İlham Əliyev Cənablarına!

Yazıb sizə bildirirəm ki, 7 aylıq (yarım yaş) olan qızım Mustafayeva Könül Hüseyin qızını 07-01-2022 ci il tarixdə saat 22:00 radələrində, yüksək hərarətlə (qızdırma ilə) Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırdım. Doğrusu ilk öncə qızımın covid pandemiyasına yoluxduğundan şübhə edərək, çox qorxdum. Lakin, Salyan RMX-da həmin tarixdə növbətçi həkim kimi xidmət göstərən Həsənova Xoşbəxt adlı həkim qızıma “Raxid” diaqnozu qoyaraq, ömrünə çox az qaldığını və bir müddət yaşaması üçün müalicə alması gərəkdiyini bildirdi. Təcili resept yazıb, bu dərmanları alın və uşağı müalicə etdirin ki, uşaq bir müddət yaşasın dedi. Uşağının raxid olması və yaxın gələcəkdə öləcəyini eşitmək, bir valideyin üçün ölümdəndə betər idi..
Mən dərhal dərmanları aldım və müalicəyə başladım. İki gün sonra artıq uşağım həqiqətən yaşaması üçün Əzraillə mübarizə apardığını gördüm. Dərhal Şirvan Mərkəzi Xəstəxanasına apardım. Şirvan Mərkəzi Xəstəxanasında körpə uşağıma resept yazan qədəmləri heç xoş olmayan Xoşqədəmə lənət oxudular. Xosbəxt xanım sanki Tibbi baytarlıq üzərə oxumuş və Salyan Mərkəzi xəstəxanasında həkim çatışmamazlığı olduğu üçün, Salyan RMX-na təyinat almışdır. Şirvan şəhər mərkəzi xəstəxanasının savadlı həkimləri Xoşbəxtin yazdığı dərmanların tərkibin və istifadə qaydasın mənə göstərdik də, havalandım. Təsəvvür edin ki, 7 aylıq körpəyə, 14 yaşından yuxarı uşaqların istifadə edə biləcəyi dərman peraparatını yazır və gündə üç dəfə yüksək dozada içmək şərti ilə..
Cənab Prezident!
Xoşbəxt kimi “həkimlər” insan canına susamış şizofren canilərdir.
Bu savad və təfəkkürdə birinin səhiyyə işçisi kimi xidmət etməsi bu xalqa xəyanətdir. Nəzərinizə çatdırım ki, TƏBİBİN 15-42 qaynar xəttinə də bu barədə şikayət etmişəm. Lakin çox saylı şikayətlərimə baxmayaraq, Xoşqədəm barədə ciddi ölçü götürülmədi. TƏBİBİN Xosbəxt kimi savadsız və insan canisi bir “həkimə” haqq qazandırması, dövlətimizin və millətimizin sarsılmasına dəlalət edir. Ümid edirəm ki, Cənab Prezidentin tapşırığı əsasında, məsuliyyətsiz və insan qatili olan Xoşbəxt barədə ciddi tədbirlər görər və Hipokrat andına ləkə gətirən Xoşbəxt qanun qarşısında cavab verməsini təmin edərsiniz.
Onuda qeyd edim ki, mən bu barədə Xəstəxananın Baş Həkimi Nurlan Doktorada əsaslı şikayətimi bildirsəm də, ölçü götürmək əvəzinə,
Xoşbəxtin haqqlı Bu bilə-bilə tərk edilmiş biçarə valideyin haqqı sizin qapınızda arayır və köməklik istəyirəm.
Cənab Prezident şikayətimi tamamlayır və sizin cinayətkarlar barədə ciddi ölçü götürəcəyinizə güvənirəm.

Dövlət iki şeydən sarsıla bilər:

1. Cinayətkar azadlıqda qaldıqda.

2. Günahsıza cəza verildikdə.

Qarşı tərəfin mövqeyini ictimailəşdirməyə hazırıq.

AzTimes.az


Abunəlik