Xırdalan Təcili Tibbi Yardım şöbəsində ÖZBAŞINALIQ
Şikayətçi Aida Mövlud AzTimes.az-a müraciətində bildirir:
Dünən 10 yanvar saat 18:30 radələrində anamın səhhətində yaranan xəstəliklə bağlı Abşeron Rayon Xırdalan şəhəri təcili yardim məntəqəsiylə əlaqə saxlayıb çağırış verdim.Təcili yardım məntəqəsilə bizim yaşadığımiz ünvan arasında 5-10 deqlik yol var.Təcili yardim 45 dəqiqə gecikdiyinə görə və anamın vəziyyəti daha da ağırlaşdığına görə yenidən təcili yardımla təlaşlı halda əlaqə yaratdım və gecikmələrindən şikayətçi olduğumu bildirdim. Təcili yardımdan ” həkim yoldadı göndərmişiy” kimi cavab almağıma baxmayaraq 1 saat həkim gözləmişiy.Bu saat ərzində “həkim ” Əflatun Xəlilov mənə zəng edərkən , “təcili yardım da bu qədər gecikərmi xəstə öləndən sonra gələcəksiz?!” kimi narazıçılığımı bildirərkən, həkim telefonda mənim təlaşli halda olmağıma baxmayaraq məni ələ salaraq ” qışqır !qışqış! bir az da qışqır!” kimi ifadələr işlədərək telefonu söndürür. Telefonu söndürmək azmiş kimi ” həkim ” xəstənin ” həyatını təhlükəyə ataraq çağırışa məhəl qoymadan , xəstənin ünvanina baş çəkmədən yarı yoldan geri qayıdır .Bu müddət ərzində mən Əflatun Xəlilovun həkimlik peşəsinə ləyaqətsiz şəkildə davranaraq , onun geri dönməsindən xəbərsiz halda olduğum üçün gözləməyə davam etdim.Bu muddət ərzində anamın vəziyyəti daha da ağırlaşır, nəfəs çatışmamazlığı halı baş verirdi.Evdə tək olduğum üçün təcili yardımın gecikdiyi üçün qohumlarıma xəbər etdim . Onlar uzaq məsafədə yaşamalarina baxmayaraq özlərini təcili yardımdan qabaq yetirdiler Yenidən təcili yardimla əlaqə saxladıq.1 saatdan çoxdu gecikmənin olduğunu dəyəndə məlumat şöbəsinden bizə dedilər ki ” həkimi ” təhqir etmisiz o da da geri qayıdıb.Hətta ” həkim” Əflatun Xəlilova haqq qazandırdılar. Bildiyim qədəriylə Azərbaycan söz lüğətində ” harda qalmısız bəlkəm xəstə ölür ” sözü təhqiramiz ifade deyil. Dövlətimizin qanunlarına tabe olmadan, xəstənin həyatını təhlukə altina atan , özbaşınalıq edərək ölümcül halda olan xəstənin çağırışına məhəl qoymadan , üstəlik yardım üçün zəng edən şəxsi ələ salan Əflatun Xəlilov haqqinda tədbir görülməsini Səhiyyə Nazirliyindən xahiş edirem. Cənab prezidentimiz İlham Əliyev “xalqin firavanlığı, rifahı hər şeydən üstundür dediyi halda bu cür özbaşınalıq edən şəxslər haqqinda tədbir görulməsi mütləqdir. Həmin vəziyyətdə mənim anam ölə də bilərdi.Bəs buna görə kim məsuliyyət daşıyır ?! Bu gün mənim anam qohumlarin qonşuların tibbi mudaxiləsiylə həyatdadır. Bu cür peşəsinə məsuliyyətsiz davranan Əflatun Xəlilov kim bilir sabah hansi bir xəstənın həyatini təhlükəyə atacaq ?! Bunun üçün də Əflatun Xəlilov haqqinda tədbir görulməsini ölkə vətəndaşı olaraq Səhiyyə Nazırliyindən xahiş edirəm.
AzTimes.az