Azərbaycanda omikron virusunun tapılmasına görə yenidən sərt qapanmalar ola bilərmi? – AÇIQLAMA

Baxılıb:138
Azərbaycanda omikron virusunun tapılmasına görə yenidən sərt qapanmalar ola bilərmi? – AÇIQLAMA

Ölkədə koronavirusun omikron ştamına yoluxmanın rəsmən təsdiqlənməsi cəmiyyətdə narahatlığın yaranmasına səbəb olub. Əhali bu virusun təhlükəsi ilə yanaşı, həm də yenidən sərt qapanmaların olacağından qorxur.

Bəs Azərbaycanda “Omikron” virusunun tapılması yenidən real sektorda qapanmalara gətirib çıxara bilərmi?

Bu sualla bağlı KONKRET.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib ki, koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrdə yenidən qapanma qərarlarının müzakirəsinə səbəb olub: “Hətta o zaman dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də, sonradan qlobal bazalarda bu təsirlər uzun müddətli olmadı və geniş miqyaslı qapanma qərarları verilmədi. Qlobal iqtisadiyyat da artıq fərqli növ virusların “kəşfinə” adaptasiya olub və “iqtisadi immunitet” yaranıb. Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, epidemioloji vəziyyətdən asılı olaraq qərarlar verilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil”.

Artıq “Vahid elektron lövhə” tətbiqi bu problemi həll edəcək” – Vüqar Bayramov » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Millət vəkili əlavə edib ki, real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir: “Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarındakı kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər. Buna görə də, iqtisadiyyatdakı mövcud artım tempinin qorunub saxlanması üçün sərt karantın tədbirlərinin yenidən tətbiqi məqsədəuyğun deyil”.


Abunəlik