Ərdoğan Tokayevə zəng etdi

Baxılıb:206
Ərdoğan Tokayevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevlə telefon danışığı olub.

AzTimes.az xəbər verir ki, bu barədə Türkiyənin prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb. 

Ərdoğan Tokayevlə telefon danışığı zamanı Qazaxıstanda baş verənləri yaxından izlədiyini bildirib, hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

Türkiyənin Qazaxıstanla həmrəy olduğunu ifadə edən Ərdoğan, Türk Dövlətləri Təşkilatının da Qazaxıstanı dəstəklədiyini vurğulayıb.

Yeni hökumətin ən qısa zamanda qurulacağına və gərginliyin qısa zamanda sona çatacağına ümid etdiyini ifadə edən Ərdoğan, Qazaxıstan xalqının qarşılıqlı etimad və dialoq çərçivəsində problemlərin öhdəsindən gələcəyinə inandığını bildirib.


Abunəlik