Online falçılar, nəzarət etməyən qurumlar- VİDEO

Baxılıb:234
Online falçılar, nəzarət etməyən qurumlar- VİDEO

Bu barədə AzTimes.az olaraq daha əvvəl də paylaşımlar etmişdik. Lakin təəssüf ki, məsələ hələ də olduğu kimi qalır. Etiraf edək ki, bu məsələdə aldadan şəxslərdən daha çox, aldanan şəxslərin savadsızlığı, cahilliyi insana daha pis təsir edir. Necə ola bilir ki, yetkinlik yaşına çatmış, ağlı başında olan bir insan bəxtinin açılması, hansısa arzusun reallaşması, ən pis halda isə başqa birinin bədbəxt olması üçün onlayn qaydada falçıya, baxıcıya müraciət etsin və həmin dələduzun da onun istəyini reallaşdıracağına inanıb ona pul göndərsin. O falçının bu qədər qüdrəti olsa elə özünə bir gün ağlayardı, daha sosial şəbəkələrdə pul dilənməzdi axı. Əslində bunu dilənməyin ən üst səviyyəsi saymaq olar. Çünki səhifələrə baxış keçirərkən görürük ki, belə işlərin xərci minimum 50 manatdan başlayır. 

Bəs görəsən səlahiyyətli orqanlar niyə belə şəxslərlə mübarizə aparmır? Bu leqal olmayan, qanundan kənar fəaliyyət göstərən şəxsləri müəyyən etmək heç də çətin deyil axı. Çünki hər biri öz sosial şəbəkə hesablarında özlərinə məxsus bank hesablarını qeyd ediblər.

//patrul.az


Abunəlik