2022-ci ilin anti-trendləri açıqlandı

Baxılıb:203
2022-ci ilin anti-trendləri açıqlandı

Qarşıdan gələn 2022-ci ildə böyük ölçülü geyimlərdən, massiv idman ayaqqabılarından və neon rəngdən imtina etmək daha yaxşıdır.

AZTİMES.az xəbər verir ki, bunu rusiyalı stilist Olqa Kim deyib.

Eyni zamanda, ekspert qeyd edib ki, böyük ölçülü geyimlərin arxa plana keçməsi cəmiyyətin bundan tamamilə imtina edəcəyi və birdən-birə dar paltarlara keçəcəyi anlamına gəlmir.

Lakin tədricən tendensiya bədən formasını göstərən geyimlərə doğru gedir.

Həmçinin, ayaqqabı trendlərində də dəyişikliklər gəlir. Məsələn, son üç ildə aktual olan massiv idman ayaqqabıları dəbdən çıxır. Kim əlavə edir ki, indi vintaj idman ayaqqabılarının variantlarına baxa bilərsiniz. Bundan əlavə, neon yeni ildə aktual olan rənglər arasında olmayacaq.

“Yəni, parlaq rənglər daha aktuallaşır, lakin iki ildir dəbdə olan neon aradan çıxır”, – deyə stilist izah edib.


Abunəlik