Hərbi helikopter qəzaya uğradı-Ölənlər VAR

Baxılıb:702
Hərbi helikopter qəzaya uğradı-Ölənlər VAR

İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində hərbi helikopter qəzaya uğrayıb.

AzTimes.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Helikopterdə olan 3 pilotdan 2-si həlak olub.

Hadisə gecə saatlarında təlim uçuşu zamanı baş verib.

“The Times of Israel” nəşrinin məlumatına görə, üçüncü pilot xəsarət alıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Abunəlik