İsraildə qeyri-adi hamiləlik qeydə alınıb
İsraildə yaşayan Elle Ladoviç adlı qadın eyni anda iki ayrı bətndən uşaqlar dünyaya gətirib.
AzTimes.az omo.kz-ya istinadən xəbər verir ki, Ladoviç ultrasəs müayinəsini həyata keçirən həkimin az qala huşunu itirdiyini ifadə edərək, hamiləlik xəbərini ancaq 10 dəqiqəyə verə bildiyini deyib.
Mütəxəssislərin fikrincə, bu vəziyyətin əlli milyon hamiləlikdən birində baş vermə ehtimalı var.
Xəstəxanadan qeyd edilib ki, oğlan və qız olan əkizlər hamiləlik dövründə birlikdə böyüməyib, yalnız doğuşdan sonra bir-birləri ilə “tanış olublar”. Hamiləliyi boyu sıx nəzarət altında olan anaya 35-ci həftədə keysəriyyə əməliyyatı aparılıb.
Qeyd edək ki, tibbdə bu “ikibuynuzlu uşaqlıq inkişaf qüsuru” adlanır. Bu, orqanın cisminin ikiləşməsi, lakin boşluğunun tam bölünməməsilə xarakterizə olunur.