Tərtərdə müştərilərə qəlyan təklif edən çay evinin inzibatçısına cinayət işi başlanılıb

Baxılıb:410
Tərtərdə müştərilərə qəlyan təklif edən çay evinin inzibatçısına cinayət işi başlanılıb


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib. Çay evinin inzibatçısı Cəsur Abışova bundan öncə eyni əməli törətdiyinə görə inzibati qaydada protokol tərtib edilib. Lakin o, karantin rejiminin tələblərinə məhəl qoymayaraq pozuntu hallarını davam etdirdiyindən barəsində  Cinayət Məcəlləsinin müvafiq maddəsi il cinayət işi başlanılıb, araşdırma aparılır. 
Həmin çay evinin icarədarı R.Süleymanlı və işçisi A.Quliyeva barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.


Abunəlik