Koronavirusla bağlı SON STATİSTİKA

Baxılıb:161
Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 281 838 713 nəfərdə koronavirus aşkarlanıb.

AZTİMES.az xəbər verir ki, virusdan 5 422 911 xəstə ölüb, 251 047 900 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (53 737 689 nəfər), Hindistan (34 799 691 nəfər), Braziliya (22 246 276 nəfər), Böyük Britaniya (12 209 991 nəfər) və Rusiyadır (10 415 230 nəfər).

Türkiyədə 9 333 223, İranda 6 186 729, Gürcüstanda 925 354, Ermənistanda isə 344 540 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (305 155 nəfər), İran ( 131 434 nəfər) və Türkiyədə (81 733 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 614 936 nəfərin 8309-u ölüb, 595 658 xəstə sağalıb.


Abunəlik