Atasına dörd bıçaq zərbəsi vurdu, tutmadılar Azərbaycanda baş vermiş cinayətin şok təfərrüatları
Qazax rayonu, Kosalar kənd sakini Pənahov Rəsul İsman oğlu redaksiyamıza şikayət məktubu ünvanlamış və aidiyyatı qurumlara çatdırılmasını xahiş etmişdir. Həmin şikayət məktubunu olduğu kimi dərc edirik:
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Dövlətinin Başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə;
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya;
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova;
Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova;
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasın sədri cənab Əli Əhmədova;
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi cənab Əli Nağıyevə;
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə;
Azərbaycan Respublikasının Baş Prokurorunun Birinci müavini cənab Elçin Məmmədova;
Azərbaycan Respublikasının Baş Prokurorunun müavini cənab Elmar Camalova;
Azərbaycan Respublikasının Baş Prokurorunun müavini cənab Heydər Məmmədova;
Azərbaycan Respublikasının Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi cənab Tural Aslanova;
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi cənab Natiq Abdullayevə;
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini cənab Toğrul Muxtarova;
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini cənab Pərviz Əliyevə;
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab
Vilayət Eyvazova;
Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin Birinci
Müavini cənab Seyfulla Əzimova;
Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin Müavini
cənab Oruc Zalova;
Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin Müavini
cənab Fazil Quliyevə;
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovaya
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyevaya;
Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşova;
Qazax rayon Prokuroru cənab Rauf Gözəlova
Qazax rayonu, Kosalar kənd sakini Pənahov Rəsul İsman oğlu tərəfindən
Şikayət Ərizəsi
Mənim şikayətim cəmiyyətdə qəbul edilmiş ailə-məişət, əxlaq, tərbiyə qaydalarına zidd olaraq Qazax rayonunda baş vermiş öldürməyə cəhd, ancaq iradəsi xaricində öldürməyə müvəffəq olmamış keçmiş həyat yoldaşım Şahvələdova Günay Haqverdi qızının etdiyi cinayət hadisəsi və cinayət etmiş şəxsin hələ də havadarlıqla azadlıqda olması və uşaqlarımın taleyinin, onların həyatının və sağlamlıqlarının real təhlükə altında qalması ilə bağlıdır.
Belə ki, keçmiş həyat yoldaşım qeyri-rəsmi yaşadığı, sevgili olduğu Nurfaq Adıgözəlov adlı şəxslə münasibətlərinə atası və qohumları-əmisi- Şahvələdov Kamil, bibisi- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasın əməkdaşı-mühasibi Bənövşə Şahvələdova və digər qohumları tərəfindən narazılıq olduğundan, onların yanında atasını öldürmək istəmiş və atası Şahvələdov Haqverdi Allahyar oğluna öldürmək məqsədilə sonuncuya 4 bıçaq zərbəsi vurmuşdur. İradəsi xaricində atasını öldürə bilməmişdir.
Ancaq, Şahvələdova Günay Haqverdi qızı hələ də azadlıqdadır və mənim uşaqlarımın da həyatı təhlükə altındadır. Günay bu vəziyyətdə hər an mənim iki övladımı da öldürə, həyatlarını sonlandıra bilər. Ancaq işi aparan ibtidai istintaq orqanının əməkdaşları və rəhbər şəxsləri bu halda uşaqların valideyni kimi uşaqları mənim qəyyumluğuma verməli olduğu halda, bunu da etməmiş və işi cinayət hadisəsi törətmiş Günay Şahvələdovanıın xeyrinə onu cinayətdən azad etməyə və uşaqları mənim qəyyumluğuma verməməkdə maraqlıdır. Belə olmasa idi, müstəntiq və nəzarət edən qurum uşaqları mənim qəyyumluğuma verərdilər.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 160-cı və digər müvafiq maddələrinə uyğun olaraq, ibtidai istintaq orqanı uşaqlarımızı mənim himayəmə verməli idilər. Ancaq, bunu etməmişlər və mənim bu barəfə fikrimi, rəyimi öyrənməmişlər.
Mənim Uğur və Mədinə adlı uşaqlarımı mənim razılığım olmadan hər gün başqa qohumun evində saxlayırlar. Mənim uşaqlarımım psixologiyasını, sağlamlığını, tərbiyəsini, gigiyenik qaydalarını, təhsil və tərbiyəsini pozurlar. Kənar qohumlar mənim uşaqlarımı hansı hüquqi əsasla saxlayırlar. İbtidai istintaq orqanı və nəzarət edən orqan bu halı niyə araşdırıb, qanunamüvafiq tədbir görmürlər?
Bu, onların vəzifə öhdəliyidir. Mən bir valideyn kimi hüquqlarımı bilmirəmsə, mənim hüquqlarımı pozmalıdırlarmı, mənim övladlarımı tanımadığım şəxslərəmi etibar etməlidirlər, onlar kimdir ki, mənim uşaqlarım qanunsuz və mənim razılığım olmadan onların himayəsinə verilibdir?!!! Bəlkə də mənim uşaqlarıma orada işgəncə verirlər. Mənim xəbərim yoxdur. Öyrəndiyimə görə hal-hazırda mənim uşaqlarım Günay Şahvələdovanın qardaşının qaynatası- Qazax şəhəri, Səməd Vurğun küçəsində yerləşən evdədirlər. Onların nə ixtiyarı vardır ki, mənim uşaqlarımı saxlayırlar.
Mənim uşaqlarımın taleyi ilə maraqlanmayan ibtidai istintaq orqanının aparacağı cinayət işinin nəticəsi də indidən məlumdur.
Mən uşaqlarımın mənim himayəmə verilməsini israrla və qətiyyətlə tələb edirəm .
Yuxarıda qeyd etdiklərimi və Dövlətimiz tərəfindən birmənalı olaraq qorunmalı olan uşaqların üstü mənafeyini rəhbər tutaraq, Uğur və Mədinə adlı uşaqlarımın mənim himayəmə verilməsi və Şahvələdova Günay Haqverdi qızının barəsində aparılan cinayət işinin obyektiv, qanunamüvafiq baxılıb, qanuni tədbir görülməsində yardımçı olasınız.