İmzanın yanında yazılan rəqəmlərin sirri YAXUD Afəddin Leysanovun gizli şifrəsi

Baxılıb:684
İmzanın yanında yazılan rəqəmlərin sirri YAXUD Afəddin Leysanovun gizli şifrəsi

Bildiyimiz kimi Azərbaycana il ərzində xarici ölkələrdən avtomobillər gətirilir. Xarici ölkələrdən gətirilən avtomobillərin əksərinin şüşələri(xüsusilə arxa yan şüşələr) tünd olur.Cunki dünyanın avtomobil ixrac edən heç bir ölkəsində tünd şüşə qadağası yoxdur. Amma biz hər şeyin ziyanlı tərəfini qiymətləndirərək qabardan xalqıq. Məsələn: sosial şəbəkələr informasiyanın yayılması üçün yararlıdır. Amma bizlər şantaj və iyrənc tanışlıqlar üçün istifadə edərək polisin işini artırırıq. Bayramlarda, şad günlərdə istifadə edilən zırpaket və fişənglərdən kimlərisə qorxutmaq üçün istifadə edərək əsəbləri toxunuruq… Bu siyahını uzatmaq olar. Eynilə qara şüşəli avtomobillərdə.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənabları bu məsələyə müşavirələr onun birində çox geniş və gözəl açıqlama da gətirib.

Milli Məclisə məsələ ilə bağlı qanun, baxılması üçün təqdim olunsa da hələ təsdiqlənməyib ki, avtomobillərin arxa- yan qapılarının tünd şüşələr və plyonkalarla sürülməsinə icazə verilsin. Bəli. Bu qanun bütün Azərbaycan vətəndaşlarına şamil olunur.Deyəsən bu bircə B.D.Y.P.İ -nə şamil olmayıb.Ona görə ki, xarici ölkələrdən gələn avtomobillərin bir coxunda- yuxarıda qeyd etdiyimiz kimi arxa-yan şüşələr qara ( yəni faiz dərəcəsi yuxarı) gəlir.B.D.Y.P.i – nin rəis müavini Afəddin Leysanov özündən belə bir qərar çıxarıb:Texniki baxış nümayəndələrinə tapşırıq verib ki, belə maşınlara baxış keçirərkən sənədlərinə şüşə sözünü qeyd edin və qarşısına ondan nə qədər alınacaqsa onu rəqəmlə (1,2,3 qeyd eləməklə yəni 100 azn,200 azn 300 azn) əlavə edin.


Sadə vətəndaş bunu anlamır. Bir müddət öncə tünd şüşə ilə qeydiyyat üçün yaxınlaşan vətəndaşdan rüsum alınırdı, şüşələr dəyisdirilirdi. Afəddin Leysanov elə bir illüziya edib ki, indi şüşə dəyişdirilmir, amma vətəndaş qurbanlıq qoyun kimi soyulur.Necə olur ki, qara şüşələrlə yaxınlaşırsan, avtomobili qeydiyyata salasan deyirlərlər icazə yoxdur,amma sənəddə qeyd olunmuş (1,2,3 ) parola uyğun pulu verəndə rəsmiləşmə etmək mümkün olur.Onda şüşənin rəngimi dəyişir? Bu mövzuda bizə müraciət edən yetəri qədər vətəndaş var. Amma biz bütün deyilənlərə inanmadıq. Hər şeyi öz gözlərimizlə görmək qərarına gəldik. Hər hansısa bir maşını deyildiyi kimi addan-ada keçirilmiş kimi bütün prosedurları addım-addım keçərək, qeydlərimizi apardıq. Və burdan nəticəyə gəldik ki, pul qazanmaq olur, təki adamda fərasət olsun.


Abunəlik