Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub.
Bu barədə AZTİMES.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:49-da qeydə alınıb. Zəlzələ 3,8 bal gücündə olub, zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bu, noyabrın 30-dan bu günədək Xəzər dənizində qeydə alınan 3-cü zəlzələdir.