Qarabağda separatçı tör-töküntüləri arasında KÜTLƏVİ DAVA – YARALILAR VAR

Baxılıb:223
Qarabağda separatçı tör-töküntüləri arasında KÜTLƏVİ DAVA – YARALILAR VAR

Dekabrın 23-də gecə saatlarında Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında kütləvi dava baş verib.

AZTİMES.az Ermənistan mətbuatına istinadən bildirir ki, hadisə Xocavəndin Yemişcan yaşayış məntəqəsi ərazisində qeydə alınıb. “İrəvan erməniləri” (Ermənistandan olan – red.) ilə “Qarabağ erməniləri” arasında mübahisə yaranıb.

Spirtli içkinin təsiri ilə tezliklə mübahisə davaya çevrilib. Kütləvi dava zamanı Samvel Minasyan və Qor Akopyan adlı şəxslər ağır yaralanıb.

Qeyd edək ki, özbaşınalığın hökm sürdüyü qanunsuz erməni silahlı birləşmələri arasında bu cür insidentlər ilk dəfə deyil ki, yaşanır. Spirtli içki və narkotik vasitələrdən istifadə hallarının sayının olduqca yüksək olduğu bu birləşmələrlə bağlı insidentlər vaxtaşırı erməni mətbuatında yer alır.


Abunəlik