Hicran xanım Hüseynovanın təşəbbüsü ilə məktəblilər hüquqları barədə maarifləndirildi- FOTOLAR

Baxılıb:478
Hicran xanım Hüseynovanın təşəbbüsü ilə məktəblilər hüquqları barədə maarifləndirildi- FOTOLAR

23 dekabr 2021-ci il tarixində Sumqayıt şəhər 41 nömrəli tam orta məktəbdə Milli Məclisin deputatı Hicran xanım Hüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə “Uşaq Hüquqlarının Müdafiəsi” adlı maarifləndirici tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra torpaqlarımız uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Uşaq Hüquqlarına aid “Hüquqlarımızı qoruyaq” başlığı altında hazırlanmış videoçarx nümayiş etdirildi.
Sonra söz tədbirdə iştirak edən qonaqlara verildi. Əvvəlcə Vəkillər Kollegiyasının Rəyasət heyyətinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Lalə xanım Nağıyeva çıxış edərək şagirdlərə mövzu ilə bağlı geniş məlumat verdi. Şagirdlərlə qarşılıqlı diskussiya quraraq onların verdiyi sualları cavablandırdı.
Daha sonra digər qonaqlar – deputat Tahir Mirkişilinin köməkçisi Cavid Quliyev, deputat Hicran xanım Hüseynovanın köməkçisi Elçin Kərimov, deputat Emin Hacıyev köməkçisi Anar Mustafayev, deputat Müşfiq Məmmədlinin köməkçisi Kamal Almuradlı çıxış edərək şagirdlərə hüquq və vəzifələrini bilmək və ona əməl etmələrini tövsiyə etdilər.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri Samir Bədəlov, 20 saylı Mənzil Kommunal İstismar İdarəsinin müdiri Anar Abbasov da iştirak edirdilər.


Abunəlik