Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib

Baxılıb:239
Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin dekabrın 24-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Reportun xəbərinə görə, toplantının gündəliyindəki məsələlərin sayı 23-dən 24-ə qaldırılıb.

İclasda müzakirə ediləcək məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi.

2. “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

3. “Dövlət borcu haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

5. “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

6. “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

7. “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

8. “Əmək pensiyaları haqqında” qanun layihəsi.

9. “Lotereyalar haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

10. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

11. Mülki Məcəlləyə dəyişiklik edilməsi layihəsi (ikinci oxunuş).

12. Cinayət Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

13. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

14. “Bədən tərbiyəsi və idman haqqında”qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

15. “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

16. “Atçılıq haqqında” qanun layihəsi (ikinci oxunuş).

17. “Reklam haqqında” qanun layihəsi (ikinci oxunuş).

18. “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

19. “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

20. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

21. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

22. Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi (ikinci oxunuş).

23. Ailə Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

24. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).


Abunəlik