“Bəzənib gedirlər şəhid ailələriylə görüşə” – Flora Kərimova
“Müğənnilərdən bir xahişim var: Yalvarıram sizə, şəhid anaları, xanımları ilə görüşəndə bəzəkli-düzəkli getməyin. Bu yaxınlarda məni dəvət etdilər. Müğənnilər çox dəbdəbəli gəldilər”.
Aztimes.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova müğənni Niyam Salami ilə söhbətində deyib. Müğənni sənət adamlarına səslənib.
O bildirib ki, şəhid anaları, övladları ilə görüşə gedənlər çox bəzənirlər:
“Şəhid anası ağappaq saçla oturub. Onun yanında yeddiqatdan çıxmış müğənni… Müğənni hiss etmir ki, o, ananın gözündə yaş, üsyan var. Nə olar bəzənməyin. Çünki o xanımın, ananın, ağbirçəyin gözündə həsrəti görürsüz, hiss etmirsiz? Onun həyat yoldaşı, övladı, nəvəsi torpağın övladıdır, bizə görə canını verib. Siz bərli-bəzəkli gələndə… Qadının səliqə boynuna biçilib, amma…”.