Səbuhi Xanlarov ehtiyatda olan polis zabitidir? – RƏSMİ AÇIQLAMA

Baxılıb:121
Səbuhi Xanlarov ehtiyatda olan polis zabitidir? – RƏSMİ AÇIQLAMA

Aktyor Səbuhi Xanlarov “Tik-Tok” da “Azinforum”un canlı bağlantısı zamanı maraqlı fikir bildirib.O 2000-2008-ci illərdə polis işlədiyini, ehtiyatda olan polis baş-leytenantı olduğunu, DİN-dən təqaüd aldığını, hətta 15-16 oktyabr hadisələrində xidmət etdiyini bildirib.

Aztimes.az xəbər verir ki, azxeber məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb.

E.Zahidov açıqlamasında DİN-in belə bir əməkdaşının olmadığını bildirib:

“Səbuhi Xanlarov adlı adam Daxili İşlər Nazirliyində işləməyib. Hazırda DİN-in Səbuhi Xanlarov adlı təqaüdçüsü yoxdur”.
***11:01
Aktyor Səbuhi Xanlarov ehtiyatda olan polis zabitidir.

Aztimes.az xəbər verir ki, bu barədə S.Xanlarov jurnalist Məhəmmədəli Qəribli ilə “Tik-tok” sosial şəbəkəsində olan canlı bağlantı zamanı məlumat verib:“2000-2008-ci illərdə polis işləmişəm. Mən ehtiyatda olan polis baş leytenantıyam, Daxili İşlər nazirliyindən pensiya alıram. 15-16 oktyabr hadisələrində xidmətlərim olub. Ayağımda 421  ədəd dəmir mil var. Mənim sağ ayağım dəmirdən yığılıb”.


Abunəlik