Göyçayda 83 yaşlı kişinin evi yanaraq kül oldu – FOTO
Göyçay rayonunun Çərəkə kəndində 83 yaşlı Musayev Etibar İsa oğluna məxsus ümumi sahəsi 250 m² olan ikimərtəbəli 4 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay və Ucar Dövlət Yanğından Mühafizə hissələrinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzTimes.az