Nazir polis kapitanının vəzifəsini ARTIRDI
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Aztimes.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Əli Abidli Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi təyin edilib.
O, bu vəzifəyə qədər həmin bölmədə müstəntiq vəzifəsində çalışıb.