Millət vəkili şəhid bulağının açılışında iştirak edib- FOTOLAR

Baxılıb:206
Millət vəkili şəhid bulağının açılışında iştirak edib- FOTOLAR

Sumqayıt şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Rəciyev İlham Cavadxan oğlunun xatirəsinə bulaq inşaa edilmişdir. Rəciyev İlham 17.05.1966-cı ildə dünyaya gəlmiş, 18.04.1994-cü ildə şəhid olmuşdur. Hicran xanım Hüseynova şəhid bulağına ziyarət edərək şəhidin əziz xatirəsini yad edib, gül dəstələri düzüb. Şəhidimizin ailəsinə baş sağlığı verib və şəhid ailəsinin problemləri ilə, yaşayış tərzi ilə maraqlanıb, hər zaman ailənin yanında olacağını bildirib. Eyni zamanda bildirib ki, Dövlətin də şəhid ailələrinə xüsusi diqqət və qayğısı vardır. Şəhidimizin valideyini hər zaman diqqət-qayğı göstərildiyi üçün həm dövlətimizə, həmdə millət vəkilimizə öz təşəkkürünü bildirib.Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında qürur və ehtiram hissi ilə baş əyirik.


Abunəlik