DİN-dən vətəndaş şikayətinə cavab

Baxılıb:153
DİN-dən vətəndaş şikayətinə cavab

Bir neçə gün öncə AzTimes.az saytına müraciət edərək DİN əməkdaşının himayədarlığı ilə özünün və qohumlarının pay torpaqlarının əlindən alınmasını söyləyən Ələddin Xudiyevin şikayətinə reaksiya gecikmədi. Məsələ ilə bağlı sorğuya cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bunları bildirib:

“Xəbər saytında dərc olunan materialla bağlı bildirmək istəyirəm ki, vətəndaşın qeyd etdiyi məsələ mülki xarakterli olduğunu üçün aidiyyəti orqan tərəfindən araşdırılıb.
Həmin məsələ digər orqan tərəfindən araşdırıldığından polis əməkdaşının həmin məsələyə müdaxiləsi etməsi ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir.”

AzTimes.az


Abunəlik