Hirkan Milli Parkında “Velosiped sürək, ətraf mühiti qoruyaq” devizi altında Veloyürüş keçirildi-FOTO
AzTimes.az xəbər verir ki, Dövlət bayraq günü və Konistitusiya günü ilə əlaqədar noyabrın 11-də Hirkan Milli Parkında ” Velosiped sürəkək ətraf mühiti qoruyaq “ilk veloyürüş keçirilib. “Ekologiyanı qoruyaq, velosiped sürək” şuarı altında təşkil olunan yürüşdə 314 nəfər həvəskar velosipet sürənlar və Azərbaycan Velosiped İdman Federasiyası, Respublika Olinpiya Velosiped məktəbinin 30 nəfər velosiped sürənləridə veloyürüşdə iştirak etmişlər. Bu Veloyürüşün keçirilməsində əsas məqsəd təkcə Milli Parklarda ekoturizmin inkişafına nail olmaq deyil, eyni zamanda insanların ətraf mühitin qorunması, sağlamlaşdırılması tədbirlərinə dəstək və Milli Parklarda sağlam həyat tərzini təbliğ etməkdir. İlk dəfə olaraq Hirkan Milli Parkında bu cür kütləvi marifləndirici və ətraf mühitin mühafizəsinə diqqət çəkən yürüş keçirilib. Bu ekoloji turizmin təbliği sağlam həyat tərzinin təşfiqinə yönələn tədbir olmaqla yanaşı insanların bayram günlərini təbiət ərazilərində səmərəli keçirilmələri üçün bir nümünədir. Yürüşə qoşulan 344 iştirakçılar 10km məsafəni qət etməklə “Xanbulan Seyr meydanı”nda finiş xəttində çay süfrəsi arxasında iştirakçılara Milli Park haqqında geniş məlumat verilib. Veloyürüşün iştirakçıları belə tədbirlərin silsiləli olaraq keçirilməsinin, Milli Parkında bugünkü gündə vaxtlarını təbiət qoynunda sənərəli şəkildə keçirdiklərini bildiriblər.
AzTimes.az