ŞOK: “Taliban” İranın məntəqələrini ələ keçirdi – Şiddətli atışma
İran sərhədçiləri ilə Taliban döyüşçüləri baş verən atışma zamanı İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən “Dheris”, “Dost Məhəmməd” və “Bala-e Siyah Çeşmən” məntəqələrinin qruplaşmanın nəzarətinə keçdiyi vurğulanıb.
AzTimes.az xəbər verir ki, bu barədə məlumatı “Aamaj Nyus” yayıb. Toqquşma səbəbi açıqlanmayıb.
“Etimad” nəşri isə artıq İran sərhədçiləri ilə Taliban hərəkatı arasında atışmanın dayandığını yazıb. Bildirilib ki, toqquşma zamanı bir-birinə artilleriya zərbələri də endirilib.
Taliban Əfqanıstan-İran sərhədində toqquşma olduğunu və hazırda atəşin dayandırıldığını təsdiqləyib. Əfqanıstanın informasiya və mədəniyyət nazirinin müavini Bilal Kərim “Tolo Nyus” kanalına bildirib ki, intensiv döyüşlər Əfqanıstanın qərbindəki Nimroz əyalətində (Kanqda) baş verib.
İran XİN sözçüsü Səid Xətibzadə də döyüşlərin iki ölkə arasında təmaslardan sonra dayandırıldığını bildirib.
İran tərəfinin iddiasına görə, atışmanı Taliban başladıb. Səbəb isə İran fermerlərinin sərhədi keçmək istəməsi haqda “yanlış təəssürat” olub.
Tehran sərhəd-keçid məntəqələrinin Talibanın nəzarətinə keçməsi barədə məlumatı təkzib edib.//kanal.az