Jurnalistə hücum edən Rövşən Cahangirov danışdı

Baxılıb:1026
Jurnalistə hücum edən Rövşən Cahangirov danışdı

Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirov dünən sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib.

AzTimes.az xəbər verir ki, R. Cahangirov Olay.az-a açıqlamasında haqqında yayılan iddiaların doğru olmadığını deyib:

“Əgər hücum etmişəmsə, kiməsə yumruq atmışamsa, videonu göstərsin. Orada nə ediblər, mən bilmirəm. Belə bir video varsa, göstərsinlər”.

R. Cahangirov onu da qeyd edib ki, bu gün mətbuata geniş açıqlama veriləcək.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, R. Cahangirovun Baku TV-nin əməkdaşlarına hücum etdiyi iddia edilir.


Abunəlik