İDDİA-052-nin mayoru dələduzluq edərək vətəndaşı evindən çıxarır-VİDEO
AzTimes.az saytına müraciət edən Elçin Hacıyev iddia edir ki
, 2019-cu ildə külli miqdarda borcu olduğu üçün evini girov qoyaraq borc götürmək məcburiyyətində qalıb. Bu zaman Pərviz adlı makler və 052- min mayoru Niyaməddin Əsgərov söhbətə qarışaraq ona bu məsələdə yardımçı olmaq istədiklərini bildiriblər. Niyaməddin Əsgərov Elçin Haciyevi yola gətirərək iddia edib ki, o hərbiçi olduğu üçün “Günay bank” dan aşağı faizlə pul götürə bilər. Buna görə Elçin Hacıyev qaynanasını məxsus Xətai rayonundakı mənzilini Niyaməddin Əsgərovun adına keçirib, 50 000 AZN məbləği bankdan götürüb. Niyaməddin Əsgərov təklif edib ki, 20 000 AZN ona versin, bu məbləğin kreditini özü ödəyəcək.
Bir müddət sonra isə əl altı ilə evdə qeydiyyatda olan şəxsləri qeydiyyatdan çıxarıb və orada yaşayan ev sakinlərini məhkəməyə verərək evdən çıxmasını tələb edib. Daha sonra İmişli rayonunun prokuroru Valeh Səmədov icra şöbəsinə təziq göstərərək sakinlərin çıxarılmasının tezləsdirilməsini tələb edib. Düşməni 44 günlük müharibə zamanı lərzəyə salan 052 kimi əfsanənin əməkdaşının vətəndaş etibarından sui-istifadə edərək kasıb, çarəsiz insanları evindən çölə ataraq küçələrdə qoyması Azərbaycan ordusuna utancdır. Ümidvarıq ki, aidiyyəti qurumların reaksiyası gecikməyəcək.Qarsi tərəfin mövqeyini ictimailəşdirməyə hazırıq.