Millət vəkili”Əmanət”in təqdimatında iştirak etdi- FOTOLAR

Baxılıb:174
Millət vəkili”Əmanət”in təqdimatında iştirak etdi- FOTOLAR

Noyabrın 25-də 4 saylı Diyarşünaslıq klubunun direktoru Aişə Səfərlinin təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıtda yaşayan şəhid və qazi övladlarından ibarət ” Əmanət” xor kollektivinin təqdimatı keçirildi. Tədbirdə Millət vəkilləri Hicran Hüseynova, Müşfiq Məmmədli, Emin Hacıyev və Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri eyni zamanda Sumqayıt Regional Mədəniymədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt Regional Mədəniyyət mərkəzinin rəhbəri Samir Şəfiyev həmçinin müğənnilər Kənan Qədimov  və Jalə Quliyeva, qiraətçi Rauf Ağakişiyev iştirak ediblər. Tədbir də şəhid və qazi övladlarının çıxışından və əl işlərindən ibarət sərgi nümayiş edilib.Tədbir də ilk olaraq Azərbaycan Dövlət Respublikasının himni səsləndirilərək, ardıyca  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra isə söz Millət vəkili Hicran Hüseynova verilib. Hicran Hüseynova tədbir iştirakçılarını salamlayaraq,bildirdi ki, artıq bir xalq olaraq, dövlət olaraq qürur hissi keçiririk, çünki uzun illərdən sonra əsl müstəqilliyə nail olur, tarixi ədaləti bərpa edirik. Əlbəttə ki, bu bizim qəhrəman oğullarımızın canı, qanı hesabına başa gəlmişdir. Bir daha şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, qazilərimizə şəfa arzulayırıq.Müasir Demokratik Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev  tərəfindən qoyulmuş  prinsiplərə sadiq qalaraq bu gün hörmətli Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Və artıq  ölkəmiz nəinki regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, Azərbaycan  əksər regional və ya beynəlxalq layihələrin əsas tərəfdaşıdır.  Və əlbəttə ki, bunun əsasında ölkə başçısının həyata keçirdiyi düşünülmüş siyasəti dayanır. Əlbəttə ki, bu Şanlı Qələbə həm də bölgədə yeni reallıq yaratmışdır. Artıq hər kəs qəbul edir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və o öz tarixi torpaqlarınızı azad etməklə ərazi bütövlüyünü bərpa etdi. Bu bütövlükdə regionda yeni vəziyyət yaratmışdır. Bu baxımdan regionun siyasi və iqtisadi aktuallığı durmadan artır. Xüsusilə də Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bütün bunlar, öz növbəsində, azərbaycanlıların Zəngəzur, İrəvan, Basarkeçər və digər tarixi torpaqlarına qayıdışına səbəb olacaq.Lakin, bu imkanları bizim üçün yaradan  çəsur əsgərlərimizi, qəhrəman şəhidlərimizi də unutmuruq. Yaralanan döyüşçünün yarası hər bir azərbaycanlının yarasıdır. “Mən hər zaman qazilərin yanında olacağam” deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş olmuşdur. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Bu tədbirdə onlardan biridir çox sağolun ki bu cür gözəl işlər görürsünüz və bizləridə dəvət edirsiniz. Hər zaman vurğulayıram bizlər şəhid ailələrinin, onlardan geriyə bizlərə yadigar qalan əmanət olan övladlarının yanındayıq, əlimizdən gələn hər bir köməkliyi göstəririk və bu həmişə də belə olacaq. Mənə çox xoşdur ki,onların övladlarını bu cür tədbirlərdə iştirak etdiklərini görmək və hər birinin mərd duruşlu olmaqları çox qürurvericidir. Həmçinin qazilərimizin ailələrinin, övladlarının və özlərinin daima yanındayıq. Diqqət-qayğı hər zaman olduğu kimi bundan sonrakı illərdə də hər bir ailəyə göstəriləcək.  Şəhidlərimin ruhları qarşısında dərin hörmət hissi ilə baş əyirik, qazilərimizə də tez zamanda Allahdan şəfa diləyir əvvəlki sağlamlıqlarına qovuşmaqlarını arzu edirik. Tədbir boyunca uşaqlardan ibarət xor kollektivi tərəfindən ifalar səslənib və əl işləri ilə tanış olunub.


Abunəlik