Məhəmməd Peyğəmbəri yəhudi qadın zəhərləyib” – “Huffington Post”

Baxılıb:322
Məhəmməd Peyğəmbəri yəhudi qadın zəhərləyib” – “Huffington Post”


Məhəmməd Peyğəmbəri(s) yəhudi qadının zəhərləməsi barədə yazan “Huffington Post” antisemitizmdə suçlandı

”Məhəmməd Peyğəmbəri yəhudi qadın zəhərləyib”.

AzTimes.az İsrail mediasına istinadən belə sensasion xəbəri verir. Ötən il noyabrın 20-də ABŞ-ın populyar nəşrlərindən olan “Huffington Post”un ərəbdilli versiyasının bu başlıqla verdiyi məqalə İsrail ictimaiyyəti və bir sıra hüquq-müdafiə cəmiyyətləri tərəfindən sərt tənqidə məruz qalıb. Anti-diffamasiya Liqası(ALQ) tanınmış “The Huffington Post” internet nəşrini bloqlarından birində dərc olunmuş məlumatı silməyə çağırıb. Həmin məqalənin müəllifi Məhəmməd Peyğəmbərin(s) bir yəhudi qadının onun xörəyinə arsen(“mışyak”) zəhəri qatmasından zəhərləndiyini yazır.

”Məhəmməd Peyğəmbəri yəhudi qadın zəhərləyib” - “Huffington Post”

Qeyd edilir ki, ADL-in press-relizində Amerika nəşrindən antisemit məqalənin nəşr olunduğu gündən, yəni noyabrın 20-dən başlayaraq silinməsini tələb edir. ADL-in direktoru Conatan Qrinbalt yazır:”Bizi antisemit məqalənin “The Huffington Post”un redaksiya nəzarətindən keçməsi ilə yanaşı, xəbərdarlıqlarımıza əhəmiyyət verilməməsi də narahat edir. Biz “The Huffington Post”dan bu təhqiredici yazının təcili olaraq silinməsini və ərəb saytının antisemitizm və yəhudilərə qarşı qızışıdrıcılıqdan əl çəkməsi üçün tədbirlər görülməsini tələb edir.
Xəbərdə xatırladılır ki, “Huffington Post”un ərəbdilli versiyası dekabr ayında vəfat etmiş 90-cı illərin pop-ulduzu Corc Mayklın “homoseksual meyillərinə” xüsusi diqqət ayırmasına görə də tənqidlərə məruz qalıb./Moderator.az


Abunəlik