Siam əkizləri 27 saat çəkən əməliyyatla ayrılıb- FOTOLAR
2020-ci ilin iyul ayında Kamerunda siam əkizləri kimi anadan olmuş Elizabet və Meri budlarından birləşmiş halda doğulublar. Bununla yanaşı, çox mürəkkəb ayrılma əməliyyatı tələb edən bəzi orqanlar və əzələlər də bitişik olub.
Uğurlu müalicə üçün dünya səviyyəli klinikada əldə edilən texnoloji və tibbi biliklər tələb olunub. Əkizləri ayırmaq üçün planlaşdırma və hazırlıq bir neçə həftə çəkib.
Aztibb.az “Acıbadem Sağlamlıq Xidmətləri”nə istinadən xəbər verir ki, Acıbadem Universiteti Biodizayn Mərkəzi cərrahlara əkizlərin birləşmiş orqanlarını araşdırmağa imkan verən və nəqli üçün lazımi miqdarda dəri miqdarını müəyyənləşdirən 3D model yaradıb.
27 saat davam edən ayırma əməliyyatı uğurlu olub və hazırda bu əkizlər iki fiziki müstəqil körpələr kimi yaşayırlar.
AzTimes.az