Azərbaycanda ŞOK! Sayt rəhbəri qadınları işə götürəcəm adı ilə otelə aparırmış? FOTOLAR

Baxılıb:12954
Azərbaycanda ŞOK! Sayt rəhbəri qadınları işə götürəcəm adı ilə otelə aparırmış? FOTOLAR

“Əxlaqsız təkliflərdən imtina etmək qadınların işini itirməsinə səbəb olur…

Qadın hər zaman işlədiyi zaman, işlədiyi yerdən asılı olmayaraq, fahişə olacaqdır başqaları üçün… İstər olsun əsl fahişə, istər olsun tv aparıcı, istər ofisiant Fərq etməz, işləyirsə, pul qazanırsa, ev alırsa, maşın alırsa, hökmən onun “saxlayanı” var, fahişədir… “Qadın işləyə bilməz, qadın öz puluna nəsə ala bilməz”, düşünür çoxları. Bu fikirlə də zorlayırlar mənəvi baxımdan insanlar insanları.
Qadınlar dul qalanda, boşananda iş anketində ailə durumuna yazır ailəli, gizlədir ailədəki gerçək statusunu,məcburən, yazmır dul və ya boşanmış… İctimai qınaq, əxlaqsız baxış, təkliflər, pisxislətli insanlardan qorunur, ehtiyat edir Bəzi şərfsizlərdən. İşləmək istəyir o, anketində gizlətdiyini müsahibədə yenə soruşurlar ondan, Sənə mənim ailə statusum önəmlidir, bakirə olub-olmamağım, yoxsa bilik və təcrübəm?! Ehtiyat etməyib, doğrunu yazanlara elə baxırlar ki, sanki ikinci “sortdur”,yani lazımsız adamdır, yarımçıqdır, yazığı gəlirmiş kimi… Ya da əllərinə girəvə düşür, özlərini o qadına sırımağa, onu iş naminə nələrə qadir olduğunu bilmək üçün mənən də, fiziki baxımdan da zorlayır insanlar…

Azad qadın oldun, azad insan oldun, zorlanırsan, seçilirsən… Başlayırlar səni pisləməyə…Və şərləməyə Niyə yaxşını görmürük insanda, niyə pisi axtarırıq, qadın öz biliyi və təcrübəsi hesabına önə gedəndə, nəyəsə nail olanda deyirsiniz ki, “kiminsə fahişəsidir” Əxlaqsızdır bəsdirin Olmaz… Dayanın artıq…

Bakirə olsa da qadın zorlanır, sonra atılır… Bakirə olmayan və artıq zorlanmış qadın susmağa məhkumdur, çünki günahkar həmişə qadındır… Qaçırılan, zorla ərə verilən, satılan qadın da günahkardır sizin gözünüzdə, ictimai qınaq, alçaldıcı baxışlarınız, yersiz, əxlaqsız təkliflərinizlə zorlamayın bizi , yetər artıq.

Qadına hәr salam verәn 10 nәfәrdәn 9 -zu ona yataq tәklif etmәsi vә imtina edәndә zorlamaqla hәdәlәməsi, şәrləməsi də bizimkilərin adətidir və söyür təhqir edir.

Evdəki halal qadınını, evdəki qoyub, kənar yerdə kimisə axtarıb tapan, əylənən, evdəki halalını psixoloji baxımdan zorlayan, üzən də bizim öz içimizdəkilərdi.
Qadının qadın olduğunu bilən kişilәrin mәnәvi vә psixoloji zorlamaları da, bizim kişilər tərəfindəndir…
İşə götürülən insanın bilik, bacarıq, iş təcrübəsi və peşəkarlığına deyil, bədəninə, fiqurasına baxan, onu “çılpaq” görən, gözləri ilə soyunduran da yad deyil bizim vətəndaşlardı.

Övladına baxmaq üçün, xəstə valideynlərini saxlamaq üçün iş axtaran tənha qadına da, iş əvəzində, ona intim təklif edən əxlaqsız və şərəfsiz baş redaktorda Bizim millətdəndi.”

AzTimes.az xəbər verir ki, Saidə Vəliyeva sayta müraciət edərək bildirib ki, Bəyaztv.az xəbər agentliyinin rəhbəri Bəhram Rüstəmov çox iyrənc bir üsula əl atib. Belə ki, o, qadınları yüksək məbləğli qonararla işə götürür, daha sonra rayonlara ezamiyyətə getmək bəhanəsiylə otellərdə yatmaq təklif edir. Buna etiraz edənləri isə onun digər kişi həmkarları tərəfindən hədə-qorxuya məruz qalır. S. Vəliyeva iddia edir ki, Bəhram Rüstəmov onunla 650 AZN maaş qarşılığında rayonlardakı çəkilişləri aparmağı təklif edib.” Rayonlara çəkilişlərə gedirdik. Amma orada çəkilən heç bir material saytda yerləşdirilmişdi. O , icra başçılarını və digər aidiyyəti şəxsləri məcbur edərək müftə yer, restoran təşkil etdirirdi. Pul alaraq razılığa gəlir və materialları silirdi.”

Bundan əlavə olaraq Bəhram Rüstəmov II Qarabağ müharibəsi iştirakçılarından toplu məbləğdə pul alaraq onlara qazilik statusu alacağı vədi ilə də tanınır. Bu mövzuda bir neçə müharibə iştirakçısı artıq aidiyyəti qurumlara müraciət edib,sosial şəbəkələrdə məsələni yetəri qədər ictimailəsdirib.

Qarşı tərəfin mövqeyi bizim üçün önəmlidir.


Abunəlik