Zəngilandan bəd xəbər…

Baxılıb:200
Zəngilandan bəd xəbər…

Zəngilandan bəd xəbər gəldi: Ermənilər…

AzTimes.az xəbər verir ki, “Report”un Qarabağ bürosunun məlumatına görə, dünən Zəngilanda mina partlayışı olub.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı günorta saat 15 radələrində rayonda minaya düşüb.

Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, V.Babayev uzun illər ANAMA-da çalışıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Abunəlik