Pir və Ziyarətgahlar-Bilmədiyiniz gizlinlər

Baxılıb:1210
Pir və Ziyarətgahlar-Bilmədiyiniz gizlinlər

Ziyarət olunan və “müqəddəs” hesab edilən insanlar da adi insanlardır. Əvvəla hansısa fanini “müqəddəs” adlandırmaq şirkdir çünki Qurani-Kərimə görə müqəddəs olan sadəcə Allahdır. Allah Quranda heç bir peyğəmbər üçün belə “müqəddəs” kəliməsini işlətmir. Sadəcə Özünün müqəddəs olduğunu bildirir. Bununla belə kiminsə müqəddəs olduğunu söyləmək Allaha tay tutmaq sayılır. Və Uca Allah dini məhz Allaha aid edərək ona dua etməyi əmr edir. Yəni Allaha dua edərkən kimisə araya salmaq haramdır və ya kiminsə adı ilə dua etmək haramdır.
Allahın gözəl 99 ismi var və Özü Quranda buyurur ki “Mənə bu adlarla dua edin”. Və Allahdan başqa kiminsə ölüsündən, ruhundan bir şey istəmək də olmaz. Ziyarətlərdə edilən ritualların, ayinlərin və din adı ilə yerinə yetirilən ibadətlərin Quran İslamı ilə heç bir əlaqəsi yoxdur. Məzar ziyarət etmək sırf ziyarət məqsədilə edilirsə bu olar çünki ölü ziyarət etmək insana öz ölümünü də xatırlatdığı üçün yaxşıdır. Ancaq insan bilməlidir ki həmin insan artıq ölüb və o Allahın hüzurunda tək-tənhadır. Bir insanın Peyğəmbərin soyundan gəlməsi yəni “Seyid” olması onu cənnətlik etmir çünki Uca Allah Quranda buyurur ki peyğəmbərlərin nəslində doğru yolda gedənlər də var özünə zülm edənlər də.

Emil Maqalov /AzTines.az/


Abunəlik