Millət vəkili ölkəmizdə səfərdə olan TBMM deputatı-Qadın və kişi bərabərliyi komitəsinin sədri ilə görüşdü- FOTO

Baxılıb:176
Millət vəkili ölkəmizdə səfərdə olan TBMM deputatı-Qadın və kişi bərabərliyi komitəsinin sədri  ilə görüşdü- FOTO

Milli Məclisin deputatı Hicran Hüseynova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı-Qadın və kişi bərabərliyi komitəsinin sədri Tülay Kaynarca ilə görüşüb.
AzTimes.az xəbər verir ki,Hicran Hüseynova ilk olaraq xanım deputatı salamlayaraq, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin əsl qardaşlıq ruhuna dayanaraq hər zaman irəlilədiyini bildirib. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin bizə dəstək olaraq yanımızda olduğunu hər zaman bu qardaşlığın bu cür davam edəcəyini bütün dünya şahidi oldu. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr özünün ən yüksək zirvəsinə çatıb.
Həmçinin qeyd edilib ki, İki qardaş ölkə bir millət, iki dövlət olaraq çox sıx münasibətlər qurub. Dövlət başçılarımız cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri dövlətlərimiz arasındakı birliyin yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.
Hicran xanım Hüseynova qeyd edib ki, Azərbaycan Milli Məclisi və Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq, əlaqələrimizi uğurla inkişaf etdirirlər. Həmçinin parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdür.
Daha sonra isə Komitələr arasında fikir mübadiləsi aparılaraq, görülən işlər haqqında ətraflı danışılıb və gələcəkdə də əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə fəaliyyət istiqaməti müəyyən edilib.


Abunəlik