Avropada HƏYƏCAN: Sərhəddə dəhşətli mənzərə yaranıb – ORDUYA ƏMR VERİLDİ / VİDEO
Səhər saatlarından internetdə yüzlərlə insanın Belarusdan Polşaya doğru necə hərəkət etdiyini göstərən videolar peyda olub. Xüsusi xidmətlər koordinatorunun sözçüsü Stanislav Jarin Tvitter hesabında yazıb: “Biz Polşaya indiyə qədər edilən ən böyük kütləvi işğal cəhdinə hazırlıqın getməyini görürük”.
“Daxil olan məlumatlar göstərir ki, bir qrup miqrant silahlı belarusların nəzarəti altındadır, onlara komandalar verilir. Bu, Belarusun Polşaya qarşı yönəlmiş növbəti düşmən hərəkətidir”, – o qeyd edib və deyib ki, miqrantların bir qrupu artıq sərhəddədir və kütləvi şəkildə sərhədi keçməyə cəhd etmək üçün Kuznitsadakı sərhəd postuna gedirlər.
Polşa sərhəd xidmətinin sözçüsü Evelina Sşepanska yerli KİV-lərə bildirib ki, “Sərhəddə əlavə sərhədçilər, polis və ordu qüvvələri yerləşdirilib”. Qəzetlərin yazdığına görə, miqrantların əksəriyyəti Minskdən gətirilən Şimali İraq kürdləridir.
Səhər saatlarında Polşa Müdafiə Nazirliyi sərhəd keçidi üzərində uçan helikopterdən çəkilmiş videonu dərc edib. Videodan görünür ki, sərhədin Polşa tərəfində hüquq-mühafizə orqanlarının əməkdaşları, Belarus tərəfində isə yüzlərlə miqrant var.
Sentyabrın 2-dən sərhəd bölgəsinin 183 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Mediaya oradakı vəziyyəti və baş verən hadisələri işıqlandırmaq qadağandır, ona görə də yeganə məlumat mənbəyi sosial şəbəkələrdə paylaşılan videolardır.
Yaranmış vəziyyət ilə əlaqədar Polşada bu gün baş nazirin iştiraki ilə böhran qərargahının iclası keçirilib.
Qeyd edək ki, yazdan bəri Belarusun Litva, Latviya və Polşa ilə sərhədini qanunsuz keçməyə cəhd edən Yaxın Şərq və Afrika miqrantları ilə bağlı insidentlərin sayı kəskin artıb.