SON DƏQİQƏ! VİP bəyanat YAYDI

Baxılıb:541
SON DƏQİQƏ! VİP bəyanat YAYDI

BƏYANAT

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ilə BUMERANG MEDİA kanalının rəhbəri Elçin Rəhimzadə bu gün saat 13 radələrində kimliyi bilinməyən şəxslər tərəfindən partiyanın qərargahından naməlum istiqamətə apariliblar.

Bir neçə saat ərzində onların kimlər tərəfindən və hara aparıldıqlarını müəyyənləşdirmək mümkün olmadıqda, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” qaynar xəttinə məlumat verilib. Daha sonra 27-ci Polis bölməsinin əməkdaşları VİP qərargahına gələrək, olayla maraqlanıblar və müvafiq qeydlər götürüblər.

Lakin bu bəyanat yayıldıği dəqiqələrdə Əli Əliyev və Elçin Rəhimzadə barəsində hər hansı səhih məlumatın olmaması yaranmış narahatlığı daha da artırır.

Vətəndaş və İnkişafı (VİP) Əli Əliyev ilə Elçin Rəhimzadənin hansı qurum tərəfindən və niyə aparıldıgina dair məlumat verilməsini, onların ən qısa müddətdə sərbəst buraxılmasını tələb edir.

VİP mətbuat xidməti


Abunəlik