Siyəzən sakinindən narkotik vasitə aşkarlandı

Baxılıb:223
Siyəzən sakinindən narkotik vasitə aşkarlandı


Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Tağı Əliyev saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.


Abunəlik