Ekspertdən təhsil nazirliyinə irad
Elə ailələr var ki, uşağına nə baxa nə tərbiyə verə bilmir. Bu həm valideynin savadsızlığı həm də imkansızlıqdan da irəli gəlir.
Gələcəkdə narkomaniyanın qarşısının alınmasının bəzi % i valideyinin üzərindədirsə digər % i də məktəb psixoloqlarının üzərinə düşür. Amma 1 çox məktəblərdə psixoloqu, demək olar xadimə səviyyəsinə salıblar. Psixoloq elə məktəbə qəbul zamanı “sındırılır”. Çoxunun da maaşı 200 azni keçmir. 200 aznə heç kim heç kimə can yandırmaz. Deyəcəksiz, “Bu onun borcudur” ?
O da insandır, məcbur olduğundan, çarəsizlikdən, borcudur.
Psixoloq və psixologiya işi çox qəliz və ağır sahədir. Düşünürəm ki, məktəb psixoloqlarının əmək haqqına və iş təcrübəsinin artırılmasına yenidən baxılmalıdır.
Bu, gələcəkdə həmən ailələrdən olan uşaqlara da, bizlərə də hər hansı bir kömək və dəstək olacaq.
Bu məsələ ilə bağlı Təhsil Nazirliyinin 1 daha dərindən düşünməsini istərdim.
Emil Maqalov/AzTimes.az/