Hacıqabulda “patı” əməliyyatı

Baxılıb:154
Hacıqabulda “patı” əməliyyatı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri – Ələm İbrahimov və əvvəllər məhkum olunmuş Elvin Zərbaliyev saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan “patı” və “şüşə” adlanan psixotrop maddə – metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Abunəlik