DİN Tovuzda diləndirilən uşaqla bağlı məsələni nəzarətə GÖTÜRDÜ

Baxılıb:390
DİN Tovuzda diləndirilən uşaqla bağlı məsələni nəzarətə GÖTÜRDÜ

Sosiala şəbəkələrdə Tovuz rayonunda diləndirildiyi iddia olunan körpənin fotoları yayılıb. “Uşaqlar birliyi”nin sədri Kəmalə Ağazadənin şəxsi “Facebook” profilində paylaşdığı müraciət ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

“Çox hörmətli, aidiyyatı olan dövlət qurumları!!!
Bu foto bizə nə deyir???
Bu foto Tovuz şəhəri dəmiryolu vağzalının piyada keçidinin qarşısında çəkilib. Demirsiniz ki, biz işimizi əla görürük, buyurun, prosedur qaydalar nə tələb edir həyata keçirin!!!
İş görən qurumlara aid deyil, əlbəttə ki!!!”

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki, Tovuz RPŞ məsələni dərhal nəzarətə götürüb, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.


Abunəlik