FACİƏ!Valideynlər hicab bağlamasına izn vermədiyi üçün evdən qaçdı

Baxılıb:958
FACİƏ!Valideynlər hicab bağlamasına izn vermədiyi üçün evdən qaçdı


Hadisə bu gün səhər saatlarında Binə sovxoz adlanan ərazidə baş verib. Mustafayevlər ailəsinin böyük övladı 2007 -ci il təvəllüdlü N.F.(ad şərtidir) itkin düşüb.
Azyaşlının atası Elnur Mustafayev AzTimes.az-a açıqlamasında bildirib ki, onlar övladlarına yaxşı təhsil vermək məqsədi ilə onu oxuduğu məktəbdən 117 saylı məktəbə keçiriblər. N.F. sakit, sözə baxan bir övlad olub.
-Dərslərini yaxşı oxuyurdu. Hətta özündən balaca qardaşının dərslərinə də yardımçı olurdu. Bir müddət öncə onu dərslərini daha yaxşı qavraması üçün kursa yazdırdıq.   Təxminən bir ay öncə qızım dedi ki, mən hicaba keçib namaz qılmaq istəyirəm. Biz buna etiraz etdik. Mən və anası dedik ki, namaz qılmağa izn veririk,amma hicab olmaz. 18 yaşın tamam olanda özün qərar verərsən,hələ məktəb oxuyursan. Bu  mövzuda xırda mübahisələr yaşansa da biz onu razı sala biləcəyimizi düşünürdük.  Amma hiss olunurdu ki, o bütün dərslərdən uzaq duraraq ancaq Şah İsmayıl Xətai və onun yaydığı şiəlik barədə mövzular oxuyur. Mən buna o qədər də əhəmiyyət vermirdim. Düşünürdüm ki, Azərbaycan tarixinə olan sevgisindən irəli gəlir.
-Hadisə necə baş verib?
-Gecə saat 02:55- də adətim üzrə otaqlarına girdim. Onlara həmişə nəzarət edirdim. Ustlərini açırdılar bəzən. Yatmışdı. Səhər təxminən saat 05:30 radələrində anası dərsə oyatmaq üçün otağa daxil olanda görüb ki,yataqda yoxdur. Mən anasının qişqırığına otağa daxil oldum.
-Ola bilərmi ki, övladınız ailə qurmaq məqsədi ilə qaçsın?

-Qətiyyən. Çünki, məktub yazmışdı. Məktubu polisə təqdim etmişəm.
-Məzmun nədən ibarət idi?
-Ana, ata məni bağışlayın.(kövrəlir) Mən elə bilirdim ki, təhsil vacibdir. Amma islam ,din daha vacibdir… Nə isə belə bir yazı idi. Həyəcanlıyam ,tam məzmunu xatırlamıram. Xahiş edirəm məsələni ictimailəsdirin. Bəlkə kimsə qızımı görər, mənə balamı tapmaqda yardımçı olar.
Nəzərinizə çatdıraq ki, məsələ ilə bağlı Xəzər  3 saylı RPŞ-də araşdırma başladılıb.


Abunəlik