ŞƏHID POLKOVNIK LEYTENANT VIDADI XƏLILOVUN ILDÖNÜMÜ QEYD OLUNUB

Baxılıb:363
ŞƏHID POLKOVNIK LEYTENANT VIDADI XƏLILOVUN ILDÖNÜMÜ QEYD OLUNUB

Vətən müharibəsində şəhid olan, Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub. Mərasimdə rayon rəsmiləri, “N” sayılı hərbi hissənin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidləri bir dəqiqəlik sükutla yad ediblər. Şəhidlər xiyabanında polkovnik-leytenant Vidadi Xəlilovun məzarı üzərinə tər qərənfillər düzülərək ziyarət olunub.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək 44 günlük Vətən müharibəsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını, bu Qələbənin Vidadi Xəlilov kimi zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıb.
Çıxışlarda şəhid polkovnik-leytenantın mənalı həyat yolundan xatirələr söylənilib. 1982-ci il iyulun 16-da Göyçayda anadan olan Vidadi Xəlilov Azərbaycan Silahlı Qüvvələrində polkovnik-leytenant rütbəsinədək yüksəlib.
Tədbir ehsan süfrəsi ilə davam edib, Şəhid Polkovnik leytenantın həyatından, 25 il qüsursuz xidmətindən bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, 31 oktyabr 2020 ci ildə Vətən müharibəsində gedən qızğın döyüşlərdə şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid V.Xəlilov iki övlad – bir oğlan, bir qız atası idi.
Mərasimdə şəhidin anası Əminə Xəlilova oğluna, cəmi şəhidlərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Şəhid polkovnik leytenant Vidadi Xəlilovun  ildönümü qeyd olunub

AzTimes.az

Abunəlik