“İslam azyaşlı ilə nikahı, yaxud, cariyə formalı cinsi münasibəti qəbul edir”- KÖŞƏ

Baxılıb:535
“İslam azyaşlı ilə nikahı, yaxud, cariyə formalı cinsi münasibəti qəbul edir”- KÖŞƏ

Pedofilliyin hormonal-neyronal (belələrinin ön beyin hissəsi – orbitofrontal korteksində şiş olur) səbəbləri olduğu kimi, inanc, mühit, cəmiyyətin normaları kimi amillər də bunu stimmulaşdıra bilir. Yanıla da bilərəm, lakin, stimullaşdırıcı normalardan biri, bəlkə də, islamdır. Belə ki, bütün müsəlmanlar üçün nümunə sayılmalı olan, onun kimi yaşamaq lazım olduğu tövsiyyə edilən bir çox şəxsin evləndikləri qadınlar arasında kifayət qədər azyaşlılar da var…

Aramızda çox sayda insan azyaşlılarla münasibətə, nikaha pis baxsa da, “müsəlmanam”, “qurana inanıram” deyirlər. Dərinə getdikdə isə şəriət hökmlərini qəbul etmir, bunu allaha inandıqları üçün dediklərini bildirirlər. Yəni, nə quran oxuyublar, nə də dini bilirlər. Bu, sadəcə, reflektiv inancdır ki, nəsildən-nəsilə, ailədən-uşağa birbaşa transpoz olunan fikri yamsılamadan başqa heç nə deyil. Ətrafımızda belələri kifayət qədərdirlər və özləri bilməsələr də, müsəlman yox, deistdirlər. Sadəcə, kor-koranə olanından…

Qayıdaq mövzuya. Şübhəsizdir ki, islam azyaşlı ilə nikahı, yaxud, cariyə formalı cinsi münasibəti qəbul edir. Quranda və hədislərdə nikah üçün minimum yaş həddi bildirilməsə də, azyaşlılarla nikaha icazə verən hökmlər kifayət qədərdir. Bu mövzuda Məhəmməd, Aişə, Zeynəb və s. söhbətləri etməyəcəyəm. Bu, ümumən ərəb cəmiyyətində yayılmış bir ənənə, adət idi və bu gün şəriətlə idarə olunan müasir cəmiyyətlərdə də xeyli yayılıb.

Biz də artıq seçməliyik: Ya müsəlmanıq, ya da, azyaşlılarla nikahı, bu və digər formalı münasibəti qəbul etmirik – dolayısıyla, müsəlman deyilik!

Burada orta xətt yoxdur və hər kəs seçimini etməlidir. Qurana ayəsinə baxaq: ”…Heyzdən kəsilmiş qadınlarınız barədə şübhə etsəniz, onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların gözləmə müddəti üç aydır.”(Tələq-4)

Burada, boşanan qadının hamilə olub-olmamasının bilinməsilə yanaşı, həmin dövr üçün müəyyən prosedurları – mehr, nəfəqə və s. məsələlərin həlli üçün tələb edilən müddət vurğulanır. Aydındır ki, bu mövzuda bir çox “islam reformisti” bunu başqa cür izah etməyə çalışacaq, lakin, mənim gəncliyim təfsir, islam hüququ, hədis və şəriət oxumaqla keçib. Odur ki, sizə bildiyim və vaxtilə güvəndiyim (müdafiə etdiyim) bəzi böyük ilahiyyatçıların təfsirlərindən sitat gətirməli olacağam.

Seyyid Qüttub “Fizilalil-Quran” adlı təfsir kitabında məsələni belə şərh edir: “Bu, həm yaşı dolduğu üçün heyz görməyən, həm də, yaşı çatmadığı üçün heyz görməyən qadınlara aiddir…”

Eyni şərhi Əbül-Əla Mevdudi də öz “Təhfimul-Quran”adlı təfsirində bildirir: “Həddi buluğa çatmadıqları üçün heyz görməyən zövcələrinizin…”

Cəlaləddin Süyutinin “Təfsir Əl-Cəlaleyn”inə baxaq: Azyaşlı olmaları səbəbilə heyz görməyənlərinizin gözləmə müddəti 3 aydır.”

Cəlaləddin Əl-Muhəlli də eyni fikirdədir: “Yaşları çatmadığı üçün heyz görməyən zğvcələrinizin…”

Uzada da bilərəm…

Görəsən, Qurana təfsir yazan Mevdudi, Kuttub və ya Süyuti kimi böyük İslam biliciləri Quranı səhv başa düşüblər?! Onlar da səhv başa düşübsə, kiminsə düz başa düşəcəyindən necə əmin ola bilərsiniz?!)

Başa düşürsünüzmü, şəriətdə və dində orta xətt yoxdur! – Siz şəriəti ya tam qəbul edəcəksiniz, ya da, ümuniyyətlə, etməyəcəksiniz! Quran özü ayələrin bəzilərini qəbul edib, bəzilərini etməməyənləri lənətləyir: “…Məgər, siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır!”(Bəqərə-85)

Odur ki, orta bir xətt yoxdur! Ya, tam müsəlmansınız, ya da, deyilsiniz!

Yəni;
Ya, içki içməyəcəksiniz, ya da, müsalman deyilsiniz!
…Ya qadınınız qapanacaq, (yaxud, müsəlman qadınlar qapanacaq) ya da, müsəlman deyilsiniz (yaxud deyillər)!
…Ya, itaət etməyən qadınınızı vuracaqsınız, ya da, müsəlman deyilsiniz! (Qadınlara da aiddir – itaət etmədikdə, ya vurulmağa razı olacaqsınız, ya da, müsəlman deyilsiniz!)
…Ya, çoxarvadlılığı, cariyələr və qullara sahib olma sistemini qəbul edəcəksiniz, ya da müsəlman deyilsiniz! (Qadınlar da ərinin 4 arvad və cariyələr saxlamasına razı olacaqlar, ya da, müsəlman deyillər!)
…Ya, yer üzündə hamı müsəlman olanadək savaşavaqsınız, ya da, müsəlman deyisiniz!
… Ya xalaoğlu-xalaqızı, bibioğlu-bibiqızı, dayıoğlu-dayıqızı, əmioğlu-əmiqızıya naməhrəm kimi baxacaq, qadınlar onların yanlarında qapanacaq, ya da, müsəlman deyilsiniz və deyillər!

Bu “Ya”ları uzatmaq asandır. Amma, zənnimcə, hər şey aydındır!

Ya…
Ya da ki, müsəlman deyilsiniz!
Seçiminizi etməlisiniz. Orta xətt yoxdur!

“Yoxsa, kitabın bir qisminə inanıb, başqa qisminə inkarmı edirsiniz?!”(Bəqərə-85)

Tural Bakuvi/AzTimes.az/


Abunəlik