Ana olan 11 yaşlı qızın bibisi danışdı:”…dedi ki,dinimiz dörd arvad almağı halal buyurub”

Baxılıb:4871
Ana olan 11 yaşlı qızın bibisi danışdı:”…dedi ki,dinimiz dörd arvad almağı halal buyurub”

Son iki gündür ki, İmişlidə baş vermiş tükürpədici zorlama hadisəsinin yeni təfərrüatları ortaya çıxıb.
11 yaşında atalığı tərəfindən zorlanaraq uşaq dünyaya gətirən məktəblinin bibisi AzTimes.az-a açıqlamasında bildirib ki, atalıq Qurban Qurbanov azyaşlı ilə əlaqəsinin olmasını inkar etsə də bütün faktlar ona aparıb çıxarır:


-Qardaşim rəhmətə gedərkən uşaqlar lap körpə idi. Gəlinimiz Günay qardaşımın ölümündən sonra düz beş il bizlə yaşadı. Sonra atası evinə köçməyə qərar verdi. Orada az müddət qaldı. Valideynləri ilə yola getmədi. Yenidən bizim yanımıza döndü.
Nə vaxt ailə qurub?


-5 dekabr 2020-ci ildə. Əslində ailə qurmaq demək olarsa. O, Qurbanla təsadufən- telefonunu satmağa gedərkən tanış olub. Qısa zaman ərzində də molla kəbini ilə bir yerdə yaşamağa başlayıblar. Qurban öz xalası qızı ilə rəsmi nigahda idi. Bunu ikinci arvad kimi almışdı.
Bəs həyat yoldaşı buna etiraz etmirdimi?


-Həyat yoldaşı öz xalası qızıdır. Onunla hadisədən sonra əlaqə saxladım. Dedi ki, mən dinimizə qarşı çıxa bilmərəm. İslam dini 4 arvad almağı halal buyurub. Mən bu məsələdə həyat yoldaşımın yanındayam.
-Bəs bir körpənin cinsi zorakılığa məruz qalmasına necə fikir bildirdi?

-Bildirdi ki, mən əlimdə nə varsa satıb həyat yoldaşımı məsuliyyətdən qutaracam. Bu ölkədə hər şey pulla həll olunur.
Onların ailəsində azyaşlılarin cinsi istismarı normal haldır. Qurban Qurbanovun öz qızı 12 yaşında qaçırılıb. Ailə bunu şəriətə uyğun normal hal kimi qəbul edib. Onlar hər kəlmələri də deyirlər ki, İslamda 9 yaşından sonra qızın kəbin olması halal buyurulur.

Anası bütün olanlara nə reaksiya verir?
-Heç bir reaksiya yoxdur. Ana şokdadır. Bütün olanları həzm edə bilmir. Bu faciəni beyin qaldırmır. Qurban saxlanılıb, dindirilir .

Bəs azyaşlı qızın bundan sonrakı talehi necə olacaq?
-Bu barədə valideynlərim(zorakılığa qalmış qızın ata nənə-babası) bu qənaətə gəliblər ki, onların rayonda qalması düzgün deyil. Ona görə də rəsmi şəkildə müraciət edərək bacı və qardaşın anadan alınaraq Kəmalə Ağazadənin rəhbərlik etdiyi uşaq sığınacağına yerləşdirilməsini istəyirlər.
Pərvin Abışova /AzTimes.az/


Abunəlik