SON DƏQİQƏ! İmam Mehdi Göyçayda ZÜHUR ETDİ

Baxılıb:2813
SON DƏQİQƏ! İmam Mehdi Göyçayda ZÜHUR ETDİ

Son günlər Facebook sosial şəbəkəsində özünün imam Mehdi olduğunu, insanlara gələcək barəsində xəbərlər verəcəyini yazaraq onun görüşünə gəlməsini təklif edən şəxs insanlarda narahatlıq yaradıb. Bununla bağlı Göyçay RPŞ-nın apardığı əməliyyat tədbirləri nəticəsiz qalmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Aztimes.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırmanın nəticəsində həmin sosial şəbəkə hesabını idarə edən şəxsin rayon sakini Tural Tahirov olduğu məlum olub. T.Tahirov valideyni ilə birlikdə polisə dəvət olunub, onunla profilaktik söhbətlər aparıldıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, həmin şəxs şizofreniya xəstəliyindən əziyyət çəkdiyi üçün 2016-cı ildən Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır.

AzTimes.az


Abunəlik