SON DƏQİQƏ! Ata Abdullayevin səs yazısı YAYILDI-VİDEO

Baxılıb:645
SON DƏQİQƏ! Ata Abdullayevin səs yazısı YAYILDI-VİDEO

“Hədə-qorxu ilə pul tələb etmə” maddəsi ilə ittiham olunan Ata Abdullayevin növbəti məhkəmə prosesi başa çatdı.

AzTimes.az xəbər verir ki,iddiaçı Babayev Cəmil Alim oğlu ifadəsində və ərizəsində qeyd etdiyi Ata Abdullayevin 7 min Azn Rüşvət istəməsini sübut edə biləcək faktlar təqdim edə bilmədi. O, Ata Abdullayevin verdiyi suallar qarşısında susurdu və ya dolayı ifadələrlə cavablar verirdi. Ata Abdullayevin- “Məndən şikayət etmisiniz, tələbiniz nədir? “sualına cavab olaraq, Babayev Cəmil- ” Məhkəmənin qərarına buraxıram” deyərək ifadəsini bitirdi .

Növbəti iddiaçı Əliyev Elçin Qulamağa oğlu ifadəsində və ərizəsində iddi etdiyi Ata Abdullayevin 15 min azn istəməsi barədə dəlil və sübutunun olmadığını etiraf etdi. Sonra proses zamanı Ata Abdullayevdən heç bir tələbi olmadığını bildirdi . Qərarını hakimə buraxdığını bildirərək ifadəsini bitirdi.

Ata Abdullayev çıxışında günahsız olduğunu bildirərək barəsində şikayət etmiş şəxslərin sifarişli və qərəzli ərizə yazdığını, o cümlədən heç bir dəlilin, sübutun olmadığı üçün azadlığa buraxılmasını istədi. Məhkəmə prosesi zamanı müşahidə olunan vəziyyətdən belə fikir formalaşdı ki, Ata Abdullayevin həbsi sifarişlidir. Şikayətçilərin sübut təqdim edə bilməməsi maraqlıdır. Əgər hər hansı sübut, dəlil yoxdursa, təsdiqini tapmayan qərəzli ifadələr səbəbindən niyə bu şəxs həbsdə saxlanılır ?


Abunəlik