Rəhim Qazıyev Azərbaycan polsindən danışdı: “Onlar mənlə çox…”
Bu gün 28 may metrosu ətrafında elan olunmuş icazəsiz, baş tutmayan mitnqdə sabiq Müdafiə Naziri Rəhim Qazıyev polis tərəfindən saxlanılaraq ərazıdən uzaqlaşdırıldı. Ərazdə olan polis əməkdaşları onun Nəsimi Rayon Polis İdarəsinə aparıldığını dediyi üçün ora yollandıq. Lakin yolda məlumat verildi ki, Rəhim Qazıyev artıq sərbəst buraxılıb. Rəhim Qazıyevlə görüşüb nə baş verdiyini öyrənməyə çalışdıq. O, Polislərin ona qarşı şox nəzakət və hörmətlə rəftar etdiyini bildirdi. ” Onlar mənə rejmi təriflədilər, mənsə öz növbəmdə mənfilərini dedim. Heç bir hörmətsizlik etmədilərər. ”
-Hansı bölməyə aparıldınız?
-Nə bölmə? Mən bölməyə aparılmamışam. Sağ olsunlar, bütün şəhəri gəzdirdilər. Nazir vəzifəsindən istefa etdikdən sonra məni hələ belə gəzdirən olmamışdı. (gülür)
-Sizə hər hansısa bir təyziq, zorakılıq oldumu?
-Əsla polislər mənimlə çox hörmətlə, ehtiramla davrandılar. Yol boyu səmimi idilər.
Pərvin Abışova /AzTimes/