ŞAP ELƏ BİLİR ŞUPDADIR,ŞUP ELƏ BİLİR ŞAPDADIR VƏ YA AZTV-DƏ SÖZ SAHİBİ KİMDİR?

Baxılıb:1252
ŞAP ELƏ BİLİR ŞUPDADIR,ŞUP ELƏ BİLİR ŞAPDADIR VƏ YA AZTV-DƏ SÖZ SAHİBİ KİMDİR?

Azərbaycan Televiziya və Radio Verilişləri QSC,onun əsas departamentləri olan İnformasiya Proqramları Studiyası və İctimai-Siyasi Proqramlar Studiyası barədə bəzi qeydlərlə tanış olmuşdunuz.İndi bir az da təhlil etməyə çalışaq.

Rövşən Məmmədov AzTV rəhbərliyinə gələndən az sonra bu kanalda,eləcə də “Xəbərlər”də müəyyən vizual və kadr dəyişiklikləri edib rüşvətə qarşı olduğunu bəyan etsə də,nədənsə buranın direktoru Mehriban Məmmədovaya toxunmadı.Halbuki Mehriban xanım keçmiş əyyamdakı qaydalara çox rahat oturuşmuşdu.Bunu Rövşən müəllim çox gözəl bilir.Qısa zaman kəsiyində
avtomobil,evlər,bağ evi əldə edən Cocuq Mərcanlı sakini,artıq keçmiş məcburi köçkün Mehriban Məmmədova ikinci “Jurnalistlər Evi”ndən də mənzil alıb.Lakin bir çox ki tanınmış,vəzifəli jurnalist həmin binalardakı mənzillərindən Vətən Müharibəsində şəhid olanların ailələri və qazilər naminə imtina etsələr də biz hələ də kifayət qədər yaxşı qonorar,maaş alan,özü də qarabağlı,cəbrayıllı olan bir jurnalistdən həmkarlarının nümayiş etdirdiyi jesti görmədik.Bəzi həmkarlarından fərqli olaraq Mehriban Məmmədova deyəsən hələ də mənzilini şəhid ailələrinə,qazilərə bəxş etməyi düşünmür.Amma efirdə,
mətbuatda onun yüksək tribunalardan vətənpərvərliyə bənzəyən çıxışları ilə tanış olduqda tamam başqa təəssürat yaranırdı.Mehriban Məmmədova bütün çıxışlarında qeyd edir ki o 8 (səkkiz) yaşında yurd-yuvasından qovulub.İndi o həsrətə son qoyulub.Bunu canı-qanı bahasına etmiş şəhidlərimiz,qazilərimizin nəfinə mənzilindən keçmək istəməyən Mehriban xanımın ağızdolusu dediyi sözlər əmələ çevrilmirsə,ya röyalardakı nağıla,ya da nağıllardakı riyaya bənzəyir.

Keçmiş qaydalar dedik.Rövşən Məmmədov sədrin səlahiyyətlərini icra etməyə başlayan kimi rüşvətə daha imkan verməyəcəyini bildirirək əsasən də “Xəbərlər”i nəzarətə götürür.Məntiqlə düşünsək,rüşvət olubsa,məsuliyyəti struktur rəhbəri də daşıyır.Ola bilər ki direktor Mehriban Məmmədova rüşvətə,”qara kassa”ya qarışmayıb,amma ən azı onun varlığından,baş inzibatçının otağındakı sumağı rəngli seyfin tərkibindən,təyinatından xəbəri olub,ancaq səsini-səmirini çıxartmayıb.
Susmaq isə deyirlər razılıq əlamətidir.Bəlkə də bu kəraməti İctimai TV-dən uzaq düşmüş Mehriban Məmmədovanın AzTV-də ulduzunun parlamasına gətirib çıxardır.
Mehriban Məmmədova xanım bu həngamənin içində susub və susduqca da irəliləyib,artırıb.
Direktor müavini kimi işə başlayan bu xanım əməkdaş tez bir zamanda İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsinə yüksəlir.2019-cu ilin yanvarından sədr əvəzi olan Rövşən Məmmədov az sonra vaxtilə bir müddət İTV-də iş yoldaşı olmuş Mehriban Məmmədovanın vəzifəsini daha da artıraraq onu həmin studiyanın baş direktoru edir.Bu yüksəlişdən sonra Mehriban Məmmədova özünə yaxın adamları ətrafına cəmləyir.Dərhal yaxın rəfiqəsi,hələ keçmiş sədrin dövründə İTV-dən transfer etdiyi Ülviyyə Əlləzovanı şef redaktorlıqdan direktor müavinliyinə qaldırır.Sonra isə getdikcə əlavə ştatlar,vəzifələr, informasiya studiyasının tərkibində baş redaksiyalar açılır.Halbuki bu redaksiyaların işi gündə bir dəfə efirə 20-25 dəqiqəlik material verməkdən ibarət olur.

Beləliklə,”Xəbərlər”i kurasiya etmiş bir neçə sədr müavinini “yola salmağa” müvəffəq olmuş Mehriban Məmmədova Rövşən Məmmədovun rəhbərliyi altında daha bir addım önə atılır.Rövşən Məmmədov isə özünü efirdən tamaşaçıya nə qədər siyasi biləyən kimi təqdim etsə də aztv daxilindəki siyasətdən baş açmağa çətinlik çəkir,öz idarəsində iradəsini diqtə edə bilmir və belə görünür ki hələki Mehriban Məmmədovaya bu barədə uduzur.Hətta Rövşən müəllim İnformasiya Proqramları Studiyası ilə bağlı verdiyi qərarlarını bəzən həyata keçirdə bilmir.
Məsələn,Rövşən Məmmədov yaxın dostu,”sağ əli” Sərvər Bayramovu İnformasiya Proqramları Studiyasına direktor müavini təyin etmək istəsə də niyyəti baş tutmayıb,məcbur olub Sərvər müəllimi “Sabah” Yaradıcılıq Studiyasına direktor müavini qoyub.Diktor Gülşən Əkbərova,xəbər aparıcısı Səmayə Quliyeva,rejissor Gülüstan Əkbərova,Seymur adlı xəbər şef redaktoru məhz Mehriban Məmmədovanın sayəsində işlərini itirib və ya “Xəbərlər”dən uzaqlaşdırılıblar.Misallar çoxdur…Daha bir misal.Hesablama Palatasının yoxlamasından sonra işçilərin qonorarını,pulunu kəsməyə göstəriş verən Rövşən Məmmədov nəyə görəsə Mehriban Məmmədovanın studiyasının əməkdaşlarının qonorarlarına toxuna bilmir.Artıq başqa redaksiyaların söz sahiblərinin də Rövşən müəllimin mövqeyinin zəiflədiyini görərək Mehriban Məmmədovanın göstərişləri ilə oturub-durduqlarına dair xəbərlər eşidilir.Əslində onları qınamaq da olmaz.Çünki cənab Rövşən Məmmədovun macəraları bitmək bilmir.Maliyyə söhbətləri,büdcə əskiklikləri bir tərəfdən,məhkəmə prosesləri digər tərəfdən.Üstəlik də kreativ Rövşən Məmmədovun adı artıq “AzTV Xəbər”in əməkdaşı Vəfa Ağabalayeva ilə yanaşı çəkilir.Mətbuatda oxuyub tanış ola bilərsiniz.AzTV əməkdaşı Vəfa Ağabalayeva keçmiş AzTV əməkdaşı Yusif Şəfiyevlə bir müddət sevgili olub,bir yerdə yaşayıblar.Hər ikisi ailəli olublar.Sonradan münasibətləri müəyyən səbəblərdən pozulub,gərginləşib.
Vəfa Ağabalayeva Yusif Şəfiyevi polisə verərək tutdurub,indi isə məhkəmə gedir.Birinci instansiyada Yusif Şəfiyevə 7 il 6 ay cəza elan edilib.Qarşı tərəf-Yusifin atası,vaxtilə AzTV-də müxtəlif vəzifələrdə işləmiş,ARB 24 televiziya kanalının ilk rəhbəri Nadir Şəfiyev son vaxtlar sosial mediada çıxışları ilə bu məsələdə birbaşa AzTV sədrini günahkar hesab edir,Vəfa Ağabalayevanın arxasında Rövşən Məmmədovun dayandığını,bu işdə ona dəstək olduğunu bildirir…Diqqətli tamaşaçı görə bilər ki hazırda Vəfa Ağabalayeva AzTV-nin simalarından birinə çevrilib.Əlbəttə ki Rövşən müəlliminin sayəsində…Necə deyərlər,belə-belə işlər.Belə olduğu halda bəzi məsul AzTV əməkdaşlarının mərkəzdənqaçma meylləri,Mehriban Məmmədovaya yan almaları anlaşılandır.

Özünü sanki sədr hesab edən bu direktor qadın Rövşən Məmmədovun səriştəsizliyindən istifadə edərək hərdən “boyundan yuxarı tullanıb” texniki,yaradıcı işlərə də burnunu soxur.Bu davranışı bir neçə dəfə bədii rəhbər Ranar Musayevin təpkisinə də səbəb olub.

Mehriban Məmmədova Rövşən Məmmədovun yaxın silahdaşı,məsul rejissor Ramilə İsayevanın çıxıb getməsinə nail olaraq onun yerinə deyilənə görə bir zaman Azad Azərbaycan televiziyasından müəyyən insidentə görə uzaqlaşdırılmış bir rejissoru təsdiq etdirib və tədricən başqa TV kanallarının xəbər proqramlarında çalışan rejissorlardan ibarət heyət yığaraq öz təsir dairəsinə salıb.Təsəvvür edin ki artıq AzTV-də konfidensiallıq deyilən bir şey qalmayıb.Rəqabət apardığı kanalların əməkdaşları açıq-aşkar şəkildə həm də AzTV-də,o cümlədən “AzTV Xəbər”də çalışırlar.AzTV-nin siyasi çəkisini,missiyasını,xüsusiyyətini nəzərə alsaq,bunun nə kimi təhlükə yarada biləcəyini izah etməyə ehtiyac yoxdur.

Bu cür işçilərdən elələri var ki hətta üç kanalda işləyir.Görəsən Mehriban və Rövşən Məmmədovlar bunun istismar olduğunu anlayırlar? İstirahətsiz işləyən işçilərdən hansı keyfiyyəti gözləyirlər?

Mehriban və Rövşən Məmmədovlara,habelə AzTV-nin digər struktur rəhbərlərinə xatırladaq ki,qanunvericiliyə əsasən: “İşçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.” Yəni bir adam işlədiyi idarə ilə rəqabət aparan başqa bir müəssisədə işləyə bilməz.”
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də belə nümunələr son iki ildə çoxalıb.
Əvəzçilik üzrə digər televiziyalarda (İctimai TV,ARB,Azad Azərbaycan TV və s.) işləyən AzTV əməkdaşları ilə yanaşı AzTV-də əvəzçilik üzrə işləyənlərin sayı artıb və artmaqda davam edir.Bu müddəadan Rövşən Məmmədov və onun tabeliyində olan vəzifəlilərin xəbəri olmaya bilər,hərçənd ki,qanunu bilməmək məsuliyyətdən azad etmir,amma Rövşən müəllimin zövcəsi Ramilə Məmmədlinin rəfiqələri-Kadrlar Departamentinin rəisi İlhamə Hüseynova və Həmkarlar Komitəsinin rəhbəri Natəvan Osmanlı bunu bilməyə borcludurlar və bu kimi halların qarşısını almalıdırlar.Əgər onlar da bilmirlərsə,gərək bilənlər gəlib yoxlayıb,araşdırıb tədbir görsünlər.

Saidə Vəliyeva AzTimes.az


Abunəlik