DTX şefinin bu sözləri Ermənistanda təşviş yaratdı

Baxılıb:352
DTX şefinin bu sözləri Ermənistanda təşviş yaratdı
AzTimes.az  xəbər verir ki, DTX şefi Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmiləri ilə görüşündə regionda hökm sürən yeni reallıqların nəzərə alınmasını tövsiyə edib. Bildirib ki, BQKX-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərləri Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkündür. Erməni ekspertlər Azərbaycanın güc strukturu rəhbərinin bu fikirlərini tələb kimi qiymətləndirib və bunun icra ediləcəyindən ciddi narahatlıq ifadə ediblər. Belə ki, artıq Azərbaycanın öz ərazisində suveren haqlarını tam bərpası istiqamətində əhəmiyyətli addımlar atmasını Ermənistanın 30 illik siyasətinin “tam iflası” olaraq görürlər. Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə Ermənistanla əlaqə üçün təqdim edilən Laçın dəhlizi yalnız və yalnız Qarabağdakı erməni əhalisi üçün nəzərdə tutulub. Bu dəhlizdən xarici ölkə vətəndaşlarının istifadəsi yalnız Azərbaycanın razılığı ilə ola bilər.//demokrat.az

Abunəlik